...

Azərbaycanda da "Oka" avtomobillərinin istehsalı dayandırılır

Siyasət Materials 10 Fevral 2006 13:05 (UTC +04:00)
Azərbaycanda da "Oka" avtomobillərinin istehsalı dayandırılır

2006-cı ilin mayından etibarən Rusiya Avropa ölkələrinin qəbul etdiyi "Avro-2" standartlarına uyğun olmayan "Oka" markalı avtomobillərin istehsalını dayandırır. Nəticədə Azərbaycanda da bu markalı avtomobillərin istehsalı dayandırılacaq. Bu barədə Trend ə eksklüziv olaraq bu avtomobillərin istehsal olunduğu Gəncə avtomobil zavodunun rəhbəri Xanlar Fətiyev məlumat verib.

Bununla yanaşı zavod "UAZ" markalı avtomobillərin istehsalını artırmağı və onların illik sayını 1 500-ə çatdırmağı nəzərdə tutur. Şirkət marketoloqlarının qiymətləndirmələrinə görə, bu il "UAZ" markalı avtomobillərə tələbat xeyli artacaq.

X.Fətiyev onu da qeyd edib ki, birinci yarım il ərzində Çin istehsalçıları ilə bu məsələ konkretləşdirilməlidir və bununla bağlı danışıqlar davam etdirilir.

Hazırda zavodun ərazisində sahəsi 20 min m2 olan sexin yenidən qurulması üzrə işlər gedir. Bu proses müəssisədə istehsalın artmasına gətirib çıxaracaq. Bundan başqa yaxın vaxtlarda zavod Azərbaycanın cənub regionunda daha bir nümayəndəliyini açmaq niyyətindədir.

2005-ci il ərzində müəssisədə 400 ədəd "Oka" və 172 ədəd "UAZ" markalı avtomobil istehsal olunub. Respublikada müəssisənin 6 nümayəndəliyi fəaliyyət göstərir. Bunlardan 3-ü Bakıda, digər 3-ü isə Gəncə, İmişli və Naxçıvandadır. Yaxın vaxtlarda NMR-də istehsalçı zavodun servis mərkəzi açılacaq.

Xəbər lenti

Xəbər lenti