...

"Aqrolizinq" xətti ilə Naxçıvan MR-ə 77 ədəd kənd təsərrüfatı texnikası gətirilib

Siyasət Materials 10 Fevral 2006 17:37 (UTC +04:00)

"Azərbaycan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Naxçıvan Muxtar Respublikasına 77 ədəd kənd təsərrüfatı texnikası verilib. Məlumatı "Trendə" Naxçıvan "Aqrolizinq" ASC-nin baş direktoru Qəhrəman Hüseynov verib. Onun sözlərinə görə, Çin respublikasının istehsalı oln ETO - 1004 və ETO-1204 markalı 20 traktor, SL-3588 markalı 10 ədəd kombayn və Türkiyə respublikasının istehsalı olan 14 ədəd kotan, 10 ədəd rotorlu otbiçən, 5 ədəd gübrə səpən, səpinqabağı hamarlayıcı və 3 ədəd çalaqazan texnikalarının ümumi dəyəri 5 milyard 614 milyon manat məbləğində olub.

Yeni kənd təsərrüfatı maşınlarının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və bu yolla satılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti