...

İlham Əliyev İran prezidentini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 10 Fevral 2006 18:51 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinegatı milli bayram - İslam inqilabı Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda xüsusilə qeyd olunur: "Ümid edirəm ki, Azərbaycan və İran arasında dərin tarixi kökə malik dstluq və dinc qonşuluq münasibətləri hər iki ölkə xalqının rifahı naminə inkişaf etdiriləcək".

Azərbaycan dövlətinin başçısı həmçinin İranın dini lideri ayətullah Seyid Əli Hameneyiyə təbrik məktubu göndərib.

Xəbər lenti

Xəbər lenti