...

Azərbaycanın daxili işlər orqanlarına işə qəbul olunmaqla bağlı test imtahanı başlayıb

Siyasət Materials 11 Fevral 2006 12:44 (UTC +04:00)

Fevralın 11-də Azərbaycanın daxili işlər orqanlarına işə qəbul olunmaqla bağlı test imtahanı başlayıb. Trend in məlumatına görə, imtahan Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Komissiyanın inzibati binasında keçirilir.

Namizədlər Göyçay, İsmayıllı, Qusar, Lənkəran rayon polis şöbələrində təhqiqatçı, Astara, Biləsuvar, Zərdab, Fizuli, Gədəbəy, Qax, Şəki, Yardımlı rayon polis şöbələrində cinayət-axtarış üzrə əməliyyat müvəkkili, Ağdaş, Ağsu, Astara, Daşkəsən, Gədəbəy, Quba, Lerik, Neftçala, Oğuz, Zaqatala, Şəki, Tovuz, Yardımlı, Zərdab, Qobustan, Biləsuvar, Ucar, Samux, Kürdəmir rayon polis şöbələrində polis sahə inspektoru, Astara, Mingəçevir, Oğuz, Şəki, Yardımlı, Zaqatala rayon polis şöbələrində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor, Ağstafa, Astara, Cəlilabad, Quba, Masallı rayon polis şöbələrində baş inspektor-kriminalist xidmətlərini əhatə edən cəmi 50 yer üzrə keçirilən müsabiqədə iştirak edir.

Göstərilən vəzifələrə üzrə 81 namizəd test üsulu ilə öz savadını sınayır. Həmin namizədlərdən 77 nəfəri kişi, 4 nəfəri isə qadındır.

Ayrılmış 3 saat ərzində namizədlər 100 test tapşırığına cavab verməlidir. Həmin suallardan 80-i ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüququ və azadlıqlarına dair beynəlxalq normalara aid sahələr, 20 sual isə namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən ümumi intellektual səviyyəsinin qiymətləndirilməsinə imkan verən suallardır. Test imtahanlarında hər sual 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplamış namizədlər müsabiqədə iştiraklarını davam etdirəcək.

İmtahanların nəticələri günün ikinci yarısında bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti