...

ADP Ali Məclisinin 7-ci sessiyası keçirilib

Siyasət Materials 13 Fevral 2006 11:35 (UTC +04:00)

Fevralın 12-də Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin 7-ci sessiyası keçirilib. Trend in məlumatına görə, sessiyanın gündəliyinə 10 məsələnin müzakirəsi salınıb. Ali Məclisin yeni üzvlərinin səlahiyyətlərinin təsdiqi, partiya sədri Rəsul Quliyevin müraciəti, onun Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı "Bakı xəbər" qəzetində dərc olunmuş yazıları, sədrin ötən il 17 oktyabrda Azərbaycana qayıtması zamanı qarşılaşdığı əngəllər, bundan sonra ölkədə yaranmış vəziyyətlə bağlı Ali Məclisin bəyanatı, təkrar parlament seçkilərində partiyanın iştirak etməmək qərarı, partiya quruculuğu və qarışda duran vəzifələr, 2005-ci il parlament seçkilərinin yekunları, ADP-nin rayon təşkilatlarında yaranmış vəziyyət, Mərkəzi Aparatın Əsasnaməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Ali Məclisin sədri Akif Şahbazova etimad məsələsi səsverməyə çıxarılıb. 54 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla A.Şahbazov yenidən Ali Məclisin sədri seçilib.

Xəbər lenti

Xəbər lenti