...

Karolin Martin: "Azərbaycan Milli Bələdiyyələr Assosiasiyası 2007-ci ilin əvvəlində yaradıla bilər"

Siyasət Materials 13 Fevral 2006 12:00 (UTC +04:00)
Karolin Martin: "Azərbaycan Milli Bələdiyyələr Assosiasiyası 2007-ci ilin əvvəlində yaradıla bilər"

Azərbaycan Milli Bələdiyyələr Assosiasiyası (AMBA) 2007-ci ilin əvvəlində yaradıla bilər. Bu barədə Trend ə eksklüziv olaraq AMBA-nın yaradılması proqramının layihə direktoru, Avropa Şurasının yerli və regional orqanlar Konqresi katibliyini təmsil edən Karolin Martin məlumat verib.

O qeyd edib ki, 2006-cı ilin sonunadək AMBA-nın yaradılması üzrə işçi qrupu daha 4 görüş keçirəcək. "Assosiasiyanın daxili strukturu və nizamnaməsi, məlumatın ötürülməsin və paylanması, maliyyə sabitliyi ıvə digər məsələlər hələ də açıq qalmaqdadır. Buna görə də qrupun yeni görüşləri vacibdir", - deyə K.Martin bildirib. O qeyd edib ki, AMBA artıq gələn ilin ilk aylarında təsis oluna bilər.

Onun sözlərinə görə, AMBA-nın yaradılması layihəsi maliyyə cəhətdən Norveç hökuməti tərəfindən dəstəklənir, layihə işlərini isə Norveçin yerli və regional orqanlar Assosiasiyası ilə birgə AŞ-nin yerli və regional orqanları Konqressi həyata keçirir.

AŞ yerli və regional orqanlar Konqresinin sədri Covanni di Stazinin Bakıya səfərini şərh edən K.Martin nəzərə çatdırıb ki, Konqres Azərbaycanda 2003-cü il tarixli 126-cı tövsiyədə öz əksini tapmış regional demokratiyanın inkişafının vacibliyini qeyd edir. "Yerli özünüidarəetmə sahəsində bir sıra qanunvericilik aktları hazırlanıb, lakin bu aktların yerli özünüidarəetmə haqqında Avropa xartiyasına uyğunlaşdırılması vacibdir", - deyə Konqres katibliyinin nümayəndəsi bildirib. O, bu sahədə hüquqi islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Covanni Di Stazi Bakıya səfəri ərzində bu məsələləri müzakirə edəcək və bələdiyyələr sahəsində qanunvericiliyin yaxşılaşdırılması məqsədilə respublika orqanlarını AŞ-la əməkdaşlığı davam etdirməyə çağıracaq", - deyə K.Martin sonda bildirib.

Xəbər lenti

Xəbər lenti