...

VHP Siyasi Şurasının qəbul etdiyi qərarlardan partiya sədrinin xəbəri yoxdur

Siyasət Materials 13 Fevral 2006 14:20 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinə etirazı ilə bağlı qəbul etdiyi qərardan partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlının məlumatı yoxdur. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib.

A.Niftəliyev onu da bildirib ki, fevralın 7-də Milli Məclisdə MSK-nın tam formalaşdırılmayacağı ilə bağlı məlumat aldıqdan sonra partiya tərəfindən komissiyaya təqdim olunan nümayəndəsi Almas Qəhrəmanlının prosesdə iştirak etməməsi məsləhət görülüb: "Bizim istəyimiz o idi ki, mayın 13-də təkrar seçkilərin keçiriləcəyi 10 dairədə nəzarəti MSK-nın köhnə formatı həyata keçirsin. Çünki bu formatda müxalifətçilər də var idi. Ona görə də biz bu mövqedən çıxış etmək məcburiyyətində qaldıq".

A.Niftəliyev qeyd edib ki, partiyanın xaricdə səfərdə olan sədri S.Rüstəmxanlı ilə telefon əlaqəsi yaratmaq mümkün olmadığından Siyasi Şurada qəbul edilən bu qərarlardan onun xəbəri yoxdur. Məlumat yalnız partiya sədrinin e-mail ünvanına göndərilib. S.Rüstəmxanlının fevralın 15-dən sonra vətənə dönəcəyini deyən A.Niftəliyev partiyanın Siyasi Şurasının qəbul etdiyi qərardan narazı qala biləcəyini də istisna etməyib: "Ancaq bu narazılıq Siyasi Şuranın qərarına dəyişlik edə bilməz".

Xəbər lenti

Xəbər lenti