...

Köhnə hərəkatçılar arasında imzatoplama kampaniyası aparılır

Siyasət Materials 13 Fevral 2006 14:31 (UTC +04:00)

Milli azadlıq hərəkatında iştirak edən şəxslərin vahid qurumda fəaliyyət göstərməsinə hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədə Trend ə Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.

Qeyd edək ki, cəmiyyətdə vətəndaşlıq mövqeyini qoruyub saxlamaq və vahid güc mərkəzi yaratmaq üçün bir ay bundan öncə MDH-nin təşəbbüsü ilə köhnə hərəkatçılar arasında imzatoplama kampaniyası başlanılıb. F.Quliyev onu da qeyd edib ki, aprtıq imzatoplama kampaniyası bölgələrdə davam etdirilir: "İlkin məlumatlara görə 400-500 sabiq hərəkatçı bizim kampaniyada iştirak edib".

Yaxın 15-20 gün ərzində kampaniyanın başa çatdırılacağını və qurultayın keçiriləcəyini deyən F.Quliyev daha sonra bildirib: "Köhnə hərəkatçıların vahid mərkəzdən idarə olunması ilə bağlı məsləhətləşmələr aparılacaq. Müxtəlif idarəetmə strukturları formalaşdırılacaq".

Xəbər lenti

Xəbər lenti