...

Müsavat Partiyası təkrar seçkilərdə iştirakı ilə bağlı müxalifətlə müzakirələr aparır

Siyasət Materials 13 Fevral 2006 16:06 (UTC +04:00)

Müsavat Partiyası 2006-cı il mayın 13-də Azərbaycan Milli Məclisinə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı müxalifət düşərgəsində müzakirələr aparır. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müavini Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, təkrar seçkilərin keçiriləcəyi 10 dairədə vahid namizədlər təmsil olunmaq istəyirlər: "Seçki öncəsi hadisələri izləyirik. Hər hansı bir müxalifət partityasının namizəd verdiyi dairədə Müsavat təmsil olunmayacaq. Ancaq buna baxmayaraq həmin dairədən verilən namizədi dəstəkləyəcəyik". A.Hacılı bu məsələlərin partiyanın Divanında və yaxud digər rəhbər strukturlarında müzakirə olunacağını bildirib.

Müzakirələrin fevralın 20-dək bitəcəyini deyən A.Hacılı bundan sonra Müsavat Partiyasının yekdil qərar verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti