...

Salyan rayonunun Təzəkənd və Gomuşlu kəndlərində ev və çöl quşlarının kütləvi tələf olması halları artmaqdadır

Siyasət Materials 13 Fevral 2006 17:41 (UTC +04:00)

Son günlər Salyan rayonunun Təzəkənd və Gomuşlu kəndlərində ev və çöl quşlarının kütləvi tələf olması halları artmaqdadır. Trend in reqional muxbiri xəbər verir ki, quşlar arasında ölüm 10-15 gün əvvəl başlanıb. Yerli sakinlərinin dediyinə görə, əvvəlcə xəstəlik çöl və köçəri quşlar arasında müşahidə olunub. Bundan bir neçə gün sonra isə ev quşları arasında geniş yayılıb. Nəticədə onlarla ev və çöl quşları tələf olub. Quşların cəsədlərini ya yandıran, ya da torpağa basdıran sakinlər üçün onların hansı səbəbdən qırılması sirr olaraq qalır.

Rayon Baytarlıq İdarəsinin rəisi Məhəmməd Həsənov isə narahatlığa elə bir əsas olmadığını bildirərək, quşlar arasında olan tələfatın səbəbini nyukasal xəstəliyi ucbatından baş verdiyini bildirib və qeyd etib ki, hər ehtimala qarşı quş cəsədlərinin nümunələrini laborator müayinəsi aparılacaq. Baş baytar onu da bildirib ki, indiyədək köçəri quşların yaşadığı Şirvan Dövlət Qoruğunda respublika səviyyəli mütəxəssislərin iştirakı ilə 7 dəfə seromonitorinq keçirilib. Bundan başqa, rayon ərazisində ölmüş və diri quşların nümunələri dəfələrlə yoxlamadan keçirilsə də, H5 N1 virusu aşkarlanmayıb. Rayon səhiyyə şöbəsindən də verilən məlumata görə, Salyanda hələ ki, əhali arasında quş qripinə yoluxma halları qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti