...

Covanni Di Stazi Azərbaycan bələdiyyələri Milli assosiasiyasının yaradılmasını müzakirə edib

Siyasət Materials 13 Fevral 2006 20:00 (UTC +04:00)
Covanni Di Stazi Azərbaycan bələdiyyələri Milli assosiasiyasının yaradılmasını müzakirə edib

Azərbaycan bələdiyyələri Milli Assosiasiyasının yaradılması ölkədə yerli demokratiyanın inkişafına yeni təkan və ölkənin Avro-atlantik struktura inteqrasiyası üçün əsas olacaq. Trend bildirir ki, fevralın 13-də Bakıda keçirilən mətbuat konfransında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stazi bu barədə bəyan edib.

O, qeyd edib ki, Bakıya səfəri zamanı 2 əsas məsələni - yerlərdə demokratiyanın inkişafı və dövlət səlahiyyətlərinin yerli özünüidarəetmə orqanlarına verilməsi məsələlərini müzakirə edib. Eyni zamanda, XİN başçısı Elmar Məmmədyarovla görüşdə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi çərçivəsində Xəzər avroregionunun yaradılması ideyası səsləndirilib.

Covanni Di Stazi hesab edir ki, Cənubi Qafqazın bütün respublikalarında milli assosiasiyalar avtomatik olaraq regional əməkdaşlığa gətirib çıxaracaq. O, Balkanlarda yerli hakimiyyətlərin belə regional assosiasiyasının yaradıldığını və "hələlik gərginliyin müşahidə olunduğu" Serbiya, Çernoqoriya və Kosovonın bunlara birləşdirilməsini misal göstərib. "Biz Ermənistan-Azərbaycan münaqişəsinin həllini gözləyə bilmərik, belə ki, hamı başa düşür ki, bu, tezliklə baş tutmayacaq" - deyə o əlavə edib.

Eyni zamanda C. Di Stazi bəyan edib ki, yerlərdə demokratiyanın inkişafı regional əməkdaşlıq və bütün Avropa kontinenti çərçivəsində kooperasiya üçün vacib şərtdir.

Xəbər lenti

Xəbər lenti