...

Azərbaycan prezidenti ABŞ-ın yəhudi təşkilatlarının prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 13 Fevral 2006 20:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də ABŞ-ın yəhudi təşkilatlarının prezidentləri Konfransının(Conference of Presidents of Major American Jewish Organizations) sədri Harold Tannerin (Harold Tanner) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend in məlumatına görə, H.Tanner bəyan edib ki, Azərbaycanda daim tolerantlıq mövcuddur və bütün millətlərin və dini icmaların nümayəndələrinin birgə dinc yaşayışı üçün çox yaxşı şərait yaradılıb. "Biz vətəndaşlarının əksəriyyəti müsəlman olan ölkədə yəhudi icmasına münasibətdən çox ruhlandıq"-deyə o bildirib. Bu cəhətdən H.Tanner yəhudi icması üçün yaradılmış şəraitdən məmnunluğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan digər ölkələr üçün strateji əhəmiyyət kəsb edən bir ölkədir və ABŞ ilə də dostluq əlaqələri yaradılıb. H.Tanner İlham Əliyevə İsrail prezidentinin məktubunu verib və həmin məktubda hər iki ölkə arasındakı əlaqələrin xalqların rifahı naminə gələcək inkişafına ümid qeyd olunur.

İ.Əliyev nümayəndə heyətinin Bakıya səfərini yüksək qiymətləndirib. Azərbaycan və ABŞ müttəfiq ölkələrdir, dünya və regional məsələlərdə tərəfdaş kimi çıxış edir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda birgə yaşayış üçün çox yaxşı şərait yaradılıb. Bütün millətlərin nümayəndələri bərabərhüquqlu vətəndaşlardır və dostluq şəraitində yaşayırlar.

Xəbər lenti

Xəbər lenti