...

Lalə Şövkət Müsavat Partiyasının ittihamlarını təkzib edib

Siyasət Materials 14 Fevral 2006 12:51 (UTC +04:00)

"Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət "Azadlıq" siyasi blokunun Müsavat Partiyası əleyhinə yaranması barədə fikirləri qəti şəkildə təkzib edib. Trend in məlumatına görə, o, jurnalistlərlə söhbətində bu məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, yeni siyasi blokdan kənarda qalan Müsavat Partiyası iddia edir ki, AXCP, ADP, AMİP və Milli Birlik Hərəkatının birləşdiyi bu qurum məhz Müsavata qarşı əks kampaniya aparmaq məqsədilə yaradılır.

"Yeni siyasi blokun guya Müsavat Partiyasına qarşı yaradılması fikrini heç kəs dilinə belə gətirməsin. Biz müxalifətin birliyinin, inteqrasiyasının tərəfdarıyıq. Lakin bəzən kimsə öz imzasına, veridyi vədinə əməl etmir və mən buna yalnız təəssüf edirəm"-deyə Lalə Şövkət vurğulayıb. O, xatırladıb ki, parlament seçkisində Milli Birlik Hərəkatının "Azadlıq" bloku ilə heç bir sazişi və öhdəliyi olmadığı halda, alicənablıq göstərərək o blokun namizədləri olan dairələrdən öz namizədlərini irəli sürməmişdi. Lalə Şövkət seçkidən əvvəl verdiyi vədinə də sadiq qaldığını və demokratik şəkildə formalaşmayan parlamentdən imtina etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti