...

Samuxda sağsağanların və ev quşlarının kütləvi ölüm hallarına rast gəlinir

Siyasət Materials 14 Fevral 2006 16:36 (UTC +04:00)

Dünəndən başlayaraq Samux rayonunun AZNİXİ qəsəbəsində sağsağanların kütləvi ölüm hallarına rast gəlinir. Həmçinin, bu gün qəsəbədə onlarla ev quşu məhv olub. Sakinlərin sözlərinə görə, toyuq cəsədlərini torbalara doldurub zibilliklərə atırlar.

Onların zərərsizləşdirilməsi istiqamətində heç bir iş aparılmır. Samux rayon Baytarlıq İdarəsindən isə bildirilib ki, qəsəbədə quş cəsədlərindən analiz götürülərək Bakıya laboratoriyaya göndərilib. Hələ rəsmi cavabın alınmadığını söyləyən baytar xəstəliyin quş qripi olub-olmadığının laboratoriyanın cavabından sonra məlum olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti