...

38 saylı Gəncə-Nizami 2-ci seçki dairəsinə yeni sədr təyin olunub

Siyasət Materials 14 Fevral 2006 16:58 (UTC +04:00)

Gəncə üzrə 38 saylı Gəncə Nizami 2-ci dairə seçki dairəsinin nəticələri ləğv olunduğundan bu dairə və məntəqə seçki komissiyalarının tərkibi tamamilə buraxılıb.

Dairənin sədri Ramiz Quliyev isə vəzifəsini təhvil verib. Həmin DSK-ya artıq yeni sədr də təyin edilib. Bundan əvvəl 39-saylı Gəncə- Kəpəz birinci DSK-nın sədri vəzifəsində çalışan İbrahim Cəfərov bundan sonra 38 saylı Nizami ikinci DSK-ya rəhbərlik edəcək.

Komissiyanın əvvəlki katibi Elxan Abdullayev isə vəfat edib. Qeyd edək ki, E.Abdullayev dairə üzrə baş vermiş saxtakarlıqlara görə, məsuliyyətə cəlb olunmuşdu. Hazırda DSK və ora daxil olan 28 məntəqə komissiyalarının tərkibinin formalaşdırılması üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti