...

Azərbaycanın Hərbi Əsirlər, Girovlar və İtkin Düşmüş Vətəndaşların İşləri üzrə Dövlət Komissiyasının İşçi Qrupu Xocalı faciəsinin 14-cü ildönümü ilə əlaqədar tədbirlər keçirməyi planlaşdırıb

Siyasət Materials 14 Fevral 2006 18:03 (UTC +04:00)

Hərbi Əsirlər, Girovlar və İtkin Düşmüş Vətəndaşların İşləri üzrə Dövlət Komissiyasının İşçi Qrupu Xocalı faciəsi ilə əlaqədar tədbirlər keçirməyi planlaşdırıb. Bu barədə Trend ə İşçi Qrupunun sədr müavini Eldar Səmədov məlumat verib.

E.Səmədovun sözlərinə görə, tədbirlər fevralın 24-də Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gəncliyə Yardım Fondunda, o cümlədən, Binəqədi rayonu Gənclər və İdman İdarəsində keçiriləcək. "Biz hər il Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar belə tədbirlər keçiririk. Məqsədimiz ermənilərin əsir və girov düşmüş azərbaycanlılara qarşı tətbiq etdikləri qeyri-insani münasibətlər barədə məlumatları cəmiyyətə çatdırmaqdır" - deyə E.Səmədov qeyd edib.

E.Səmədov həmçinin, bildirib ki, mütəmadi olaraq İşçi Qrupu hökumət və qeyri-hökumət təşkilatlarını, o cümlədən, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Komitəni erməni təcavüzünü əks etdirən çoxsaylı materiallarla təmin edir. Bu, Azərbaycanda və xarici ölkələrdə belə səpgili materialların yayılması məsələsində İşçi Qrup tərəfindən həmin təşkilatlara bir növ göstərilən köməkdir. Hazırda isə İşçi Qrupunun təşəbbüsü ilə 2005-ci ildə 6 dildə nəşr olunmuş "Erməni terroru" adlı kitabın daha 3 dilə tərcüməsi davam edir. "eyni zamanda erməni təcavüzü ilə bağlı bir sıra digər materiallar üzərində də işləyirik. Bununla da çalışırıq ki, bu sahədə olan informasiya boşluğunu dolduraq" - deyə E.Səmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti