...

Azərbaycanın XİN başçısı 7 ölkə səfirinin etimadnaməsinin surətini qəbul edib

Siyasət Materials 14 Fevral 2006 19:17 (UTC +04:00)

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov 7 ölkənin Azərbaycana yeni təiyn edilmiş Fövqəladə və Səlahiyyətli səfirinin etimadnaməsinin surətini qəbul edib. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzində bildirilib.

Nazirə öz etimadnamələrinin surətini Braziliya, Kanada, Madaqaskar, Nigeriya, Portuqaliya, Qırğızıstan və Slovakiyanın səfirləri - Sezario Malantonio Meton, İv Brodeur, Elio Alfonse Maksim Davon, İbrahim Qancama Abubakar, Xorqe Alberto Noqueiran, Aras Çumaqulov və Auqistin Çisar təqdim edib.

AR XİN başçısı səfirləri qəbul edərək ümid etdiyini bildirib ki, onların fəaliyyəti Azərbaycan ilə ikitərəfli münasibətləri genişləndirməyə imkan verəcək. Azərbaycanın dünyanın bütün ölkələri ilə münasibətləri genişləndirmək niyyətində olduğunu bildirən nazir bəyan edib ki, bu fəaliyyət gücləndiriləcək. Söhbət zamanı nazir səfirlərə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verib, problemin həlli yolları barədə danışıb.

Xəbər lenti

Xəbər lenti