...

"Azadlıq" siyasi blokunun üzvləri qarşıdakı seçkilərdə birgə iştiraka dair öhdəlik götürməyəcək

Siyasət Materials 15 Fevral 2006 12:00 (UTC +04:00)

Yeni tərkibdə formalaşdırılacaq "Azadlıq" siyasi blokunun üzvləri qarşıdan gələcək seçkilərdə birgə iştirak barədə qarşılıqlı öhdəlik götürməyəcək. Bu barədə Trend ə blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

O bildirib ki, seçki blokundan siyasi bloka çevrilən "Azadlıq" ölkədə konstitusion dəyişikliklərə, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə, demokratik siyasi mühitin yaradılmasına nail olmağa çalışacaq. Sərdar Cəlaloğlunun sözlərinə görə, üzvlər arasında imzalanacaq sazişə qarşıdan gələn seçkilərə (prezident, parlament, bələdiyyə) aid heç bir bənd salınmayıb: "Çünki hələ ki, yeni seçkilər ərəfəsi deyil və siyasi blok seçkilərdə birgə iştirak məqsədilə yaradılmır. Gələcəkdə hansı vəziyyət yaranacaqsa, ona uyğun yeni qərarlar qəbul edilə bilər".

Qeyd edək ki, "Azadlıq" siyasi blokunun təsis olunması və idarəçiliyi barədə sazişi AXCP (islahatçılar) sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, AMİP-in digər qanadının sədri Əli Əliyev və ADP funksioneri Sərdar Cəlaloğlu imzalayacaq.

Xəbər lenti

Xəbər lenti