...

ADB qurultaydan sonra hansı blokda təmsil olunacağı barədə qərar verəcək

Siyasət Materials 15 Fevral 2006 12:19 (UTC +04:00)

Azad Demokratlar Birliyi (ADB) təsisçi qurultayını keçirdikdən sonra hansı bloka qoşulacağı ilə bağlı məsələni müzakirə edəcək. Bu barədə Trend ə ADB sədri, millət vəkili Əli Məsimov bildirib.

Onu da qeyd edək ki, ADB təşkilatlanmağı sürətləndirib. Məqsəd may ayında keçirilməsi nəzərdə tutulan qurultaya hazırlıqdır: "Qurultaydan sonra siyasi prosesləri izləyib hansı partiya və yaxud da blokla əməkdaşlıq etmək barədə fikirləşəcəyik". Ə.Məsimov təmsil olunduğu "Yeni Siyasət" seçki blokunda da təmsil oluna biləcəklərini istisna etməyib. Bunu isə həmin blokdan millət vəkili seçilməsi ilə əlaqələndirib. Qeyd edib ki, adıçəkilən blokda yetərincə sanballı siyasətçilər təmsil olunur.

ADB sədri 6 ay bundan öncəyə nisbətən indi daha güclü təşkilatlandıqlarını bildirib: "Bakı, Şəki və onun ətraf rayonlarında yerli təşkilatlarımız formalaşdırılıb. Bu prosesi genişləndirəcəyik".

Xəbər lenti

Xəbər lenti