...

Rene Van der Linden: Cənubi Qafqaz regionunun gələcəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından asılıdır

Siyasət Materials 15 Fevral 2006 13:28 (UTC +04:00)
Rene Van der Linden: Cənubi Qafqaz regionunun gələcəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından asılıdır

AŞPA-nın prezidenti Rene Van der Linden bu gün Dağlıq Qarabağ münaqişəsi üzrə prezidentlərin danışıqlarının sonuncu mərhələsinin nəticəsiz başa çatması ilə bağlı dərin məyusluğunu ifadə edib. Trend in məlumatına görə, bu barədə Avropa Şurasının məlumatında bildirilir.

"Bir daha təkrar etməliyəm ki, bu münaqişhə sülh yolu ilə nizamlanmadan regionun davamlı inkişafı və çiçəklənməsi mümkün deyil, eləcə də onun uşaqlarının heç bir gələcəyi ola bilməz", -deyə ötən ilin avqustunda regiona səfəri gedişində yüksək səviyyədə görüşlər keçirən Van der Linden bəyan edib.

"Mən çox istərdim ki, bütün tərəflər mümkün qədər tez müzakirələri yeni qətiyyətlə dirçəltsinlər. Mins Qrupu Assambleyaya münaqişənin həllində tam siyasi dəstək göstərməkdə davam edir", -deyə o əlavə edib.

"Həm də biz dialoq və yaxınlaşmanın əlavə stimullaşdırılması vasitəsi kimi, eləcə də bu məsələ ilə məşğul olan və gələn ay görüşəcək bizim xüsusi komissiyanın yardımı ilə parlament diplomatiyasına yardım göstərəcəyik. Bundan sonra mən may ayında Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin görüşündə bu səyləri fəallaşdırmaq niyyətindəyəm".

Xəbər lenti

Xəbər lenti