...

Alan Vaddams: Azərbaycan ilə AB arasında Avropa qonşuluq Siyasəti çərçivəsində məsləhətləşmələr 2006-cı ilin martında davam etdiriləcək

Siyasət Materials 15 Fevral 2006 14:51 (UTC +04:00)

Azərbaycan ilə AB arasında Avropa Qonşuluq Siyasətinin fəaliyyət Proqramına hazırlıqla bağlı məsləhətləşmələrin ikinci raundu 2006-cı ilin martında keçiriləcək. Trend bildirir ki, fevralın 15-də jurnalistlərlə söhbətində AB Avropa Komissiyasının Azərbaycandakı xüsusi səfiri Alan Vaddams bu barədə bəyan edib.

O, qeyd edib ki, AB Yaxın Qonşuluq Siyasətinin fəaliyyət proqramı çərçivəsində işlər təqribən 5 il davam edəcək və bu, başa çatdıqdan sonra siyasətə üzv ölkələr AB üzvlüyünə tamamilə hazır olacaq.

A. Vaddamsın sözlərinə görə, bu gün fəaliyyət Proqramına hazırlıq üzrə msləhətləşmələr davam etdirilir, Avropa Komissiyasının üzvü Benito Ferrero-Valdnerin regiona qarşıdakı səfəri məhz bu mövzunun müzakirəsinə həsr olunacaq. "Avropa Birliyinin Azərbaycan ilə əməkdaşlığı çərçivəsində əsas işlər ticarət sahəsi, eləcə də dəstək proqramlarına yönəldilib"-deyə Avropa Komissiyasının xüsusi səfiri qeyd edib və bildirib ki, Brüsselin Bakıya dəstəyi bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti