...

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Bərdədədir

Siyasət Materials 15 Fevral 2006 15:15 (UTC +04:00)

Fevralın 15-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Bərdəyə səfər edib. Bu barədə Trend ə DİN mətbuat xidmətindən məlumat verilib.

Bərdə rayon İcra hakimiyyətinin başçısı Elman Allahverdiyev ötən il ərzində rayon ərazisində baş vermiş cinayət hadisələri ilə bağlı nazirə hesabat verib. Hazırda isə nazir ictimaiyyətlə görüş keçirir və onları narahat edən problemlərlə maraqlanır.

R.Usubov İcra Hakimiyyətinə rayon yollarının abadlaşdırılması üçün texniki vəsait hədiyyə edib.

Nazir gün ərzində Bərdənin daxili qoşunları üçün inşa olunan hərbi hissəyə də baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti