...

Yaponiya Azərbaycavnın İsmayıllı rayonunda yeni xəstəxananın tikintisi üçün 92 min dollar vəsait ayırıb

Siyasət Materials 15 Fevral 2006 17:42 (UTC +04:00)

Fevralın 15-də Yaponiyanın Bakıdakı səfirliyində "İnsan təhlükəsizliyi və otların kökü" proqramı çərçivəsində qrantın təqdimatı ilə bağlı növbəti razılaşmanın imzalanması mərasimi keçirilib. Trend in məlumatına görə, mərasimin gedişində çıxış edən Yaponiyanın Bakıdakı səfiri Tadaxiro Abe bildirib ki, layihə çərçivəsində respublikanın İsmayıllı rayonunundakı Qalacıq kəndində yeni xəstəxana binasının tikintisi nəzərdə tutulub. Layihənin ümumi dəyəri 92 min ABŞ dollarından artıqdır.

T.Abenin sözlərinə görə, bu qrant Yaponiya hökumətinin reallaşdırılmasına hələ 2000-ci ildən başlanılan "İnsan təhlükəsizliyi və otların kökü" proqramı çərçivəsində sayca 74-dür.

Bununla yanaşı, diplomat qeyd edib ki, Yaponiya hökuməti "İnkişafa xüsusi dəstək" proqramı çərçivəsində Azərbaycana ümumi dəyəri 693.6 milyon ABŞ dolları yardım göstərib.

Daha sonra çıxış edən "Daimi inkişaf yolunda" QHT-nın icraçı direktoru Elgiz Dadaşov qeyd edib ki, Qalacıq kəndində 1950-ci ildən 1983-cü ilə kimi fəaliyyət göstərən xəstəxana rayonun 5 kəndinin sakininən tibbi xidmət göstərib. Lakin sonradan tikilinin yararsız hala düşməsi ilə əlaqədar onun yalnız ambulatoriya məntəqəsi avadanlıqla yenidən təchiz edilib.

"Yeni binanın tikilməsi sayəsində regionun 5 mindən artıq sakini keyfiyyətli tibbi xidmət əldə edə biləcəklər", -deyə E. Dadaşov bildirib.

Xəbər lenti

Xəbər lenti