...

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası təkrar seçkilərdə müşahidəçiliklə bağlı iş planı hazırlayıb

Siyasət Materials 15 Fevral 2006 18:10 (UTC +04:00)

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası bu il 13 mayda keçiriləcək təkrar seçkilərdə müşahidəçiliyin təşkili ilə bağlı iş planı hazırlayıb. Bu barədə Trend ə Əlaqələndirici Məşvərət Şurasından məlumat verilib. Qurum 10 dairə üzrə parlamentə keçiriləcək təkrar seçkilərin müşahidəsini və həmçinin səslərin paralel sayılmasını həyata keçirəcək.

Şuranın toplantısında qurumun seçkili orqanlarının təşkili və bununla əlaqədar Əsasnaməyə ediləcək əlavə və dəyişiklikləri müzakirə olunub. Bu müzakirələrin nəticəsi olaraq bu il fevralın 28-də Şuranın ümumi toplantısının keçirilməsi qərara alınıb. Həmin toplantıda Əsasnaməyə ediləcək əlavə və dəyişikliklər səsverməyə çıxarılacaq.

Əlaqələndiyi Məşvərət Şurasının iclasında həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar tövsiyələrinə münasibət bildirilib. Bu tövsiyələr qurumun üzvləri tərəfindən bəyənilib və dəstəklənib.

Xəbər lenti

Xəbər lenti