...

Avropa Komissiyasının İrəvanda səfirliyinin açılması planlaşdırılmır

Siyasət Materials 15 Fevral 2006 20:11 (UTC +04:00)

Avropa Birliyi (AB) Avropa Komissiyasının İrəvanda səfirliyinin açılması planlaşdırılmır. Trend bildirir ki, fevralın 15-də AB Avropa Komissiyasının Azərbaycandakı xüsusi səfiri Alan Vaddams bu barədə jurnalistlərlə söhbətində bəyan edib.

Onun sözlərinə görə, bu gün Ermənistanda Avropa Komissiyasının ofisi fəaliyyət göstərir, amma Brüsselin yaxın planında ofisin fəaliyyətinin genişləndirilməsi məsələsi yoxdur.

Eyni zamanda V. Adams bildirib ki, 2007-ci ilin sonunadək Bakıda Avropa Komissiyasının səfirliyi açılmalıdır. "AB rəhbərliiynin mənim qarşıma qoyduğu məqsədlərdən biri məhz bununla bağlıdır"-deyə avropalı diplomat qeyd edib və bildirib ki, çox yaxın vaxtlarda diplomatik nümayəndəliyin büdcə, ştat və digər texniki-təşkilati məsələləri razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti