...

38 saylı Gəncə- Nizami ikinci dairə üzrə 7 nəfər nmizədliyini irəli sürüb

Siyasət Materials 16 Fevral 2006 12:35 (UTC +04:00)

38 saylı Gəncə- Nizami ikinci seçki dairəsinə yeni sədr təyin olunan İbrahim Cəfərov Trend ə ekskliziüv açıqlamasında bildirib ki, təkrar seçkilərin keçirilməsi üçün yeni formalaşdırılan dairənin komissiya üzvləri müfəqqəti olaraq 7 nəfərdən, məntəqələrin komissiyaları isə 5 nəfərdən ibarət olacaq. Dairədə fəaliyyət göstərəcək komissiya üzvlərinə tərkiblərinə gəlincə, Cəfərovun bildirdiyinə görə, 3 nəfər hakim partiya olan YAP, 2 nəfər bitərəf, 2 nəfər isə 6 müxtəlif partiyaların məsləhətləşərək müəyyən etdikləri üzvlərdən ibarət olacaq. Həmin 6 partiyaya BAXCP, Böyük Qurtuluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Demoktratik İslahatlar Partiyası, Ana Vətən Partiyası daxildir.

Yeni sədrin sözlərinə görə, hal- hazırda dairədə yalnız ərizələrin qəbulu və imza vərəqələrinin verilməsi prosesi gedir. Bu günə qədər artıq 7 nəfər ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib və imza vərəqələrini götürüblər. Dairəyə gələn 3- 4 nəfər də proseslərlə maraqlanıb və ərizə formalarını götürüblər. İbrahim Cəfərov bildirib ki, MSK-dan imza vərəqələrini götürənlər arasında keçmiş deputatlığa namizədlərdən Rövşən Vəliyev, Elsevər İbrahimov, Arifə Əhmədova, Rauf Qurbanov da var.

Xəbər lenti

Xəbər lenti