...

AMDP-nin Ədliyyə Nazirliyi qarşısında icazəsiz piket cəhdi baş tutmayıb

Siyasət Materials 16 Fevral 2006 12:44 (UTC +04:00)

Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının (AMDP) bir neçə fəal üzvü fevralın 16-da Ədliyyə Nazirliyinin qarşısında piket keçirməyə cəhd göstərib. Trend in məlumatına görə, saat 12.00 radələrində partiya fəalları nazirliyin binası qarşısına yaxınlaşıblar, lakin burada onları polislər qarşılayıb. AMDP sədrinin müavini Oqtay Xəlilli və digər fəallar polis əməkdaşları ilə danışıqlara başlayıblar. Polislər izacəsiz piketin keçirilməsinə imkan verməyib, partiya üzvləri də polislərlə qarşıdurmaya getməyəcəklərini deyiblər. Asayiş keşikçiləri ilə AMDP üzvləri arasında razılıq əldə olunub və heç bir qarşıdurma yaranmadan piketin qətnaməsi Ədliyyə Nazirliyinə təqdim edilib.

Qeyd edək ki, dövlət qeydiyyatına alınmasını tələb edən AMDP-nin Ədliyyə Nazirliyi qarşısında piketlər keçirməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən izacə verilməyib. Paytaxt rəhbərliyi əvəzində AMDP-nin sənədlərinin araşdırılması və müvafiq cavab verilməsi üçün Ədliyyə Nazirliyinə öz adından müraciət edib.

Xəbər lenti

Xəbər lenti