...

"Azərbaycan Yolu" Siyasi Hərəkatı təkrar parlament seçkisində iştirak etməyəcək

Siyasət Materials 16 Fevral 2006 13:43 (UTC +04:00)

"Azərbaycan Yolu" Siyasi Hərəkatı bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak etməməyə qərar verib. Bu barədə Trend ə Hərəkatdan məluimat verilib.

6 siyasi partiyanı, 28 qeyri-hökumət təşkilatını (QHT) və ayrı-ayrı ictimai-siyasi xadimləri birləşdirən "Azərbaycan Yolu" Siyasi Hərəkatı təkrar seçkilərdə iştirak məsələsini ali orqanında müzakirəyə çıxarıb və konsensus əsasında təkrar seçkidən imtina olunması qərarına gəlib. Hərəkat bu qərarını Azərbaycan Konstitusiyasının 56-cı maddəsində nəzərdə tutulan vətəndaşların seçmək və seçilimək hüquqlarının pozulması ilə əlaqələndirib. Qeyd edək ki, bu qurum ötən ilki 6 noyabr parlament seçkilərində 39 nəfər namizədlə iştirak etmişdi. Lakin Hərəkatın üzvlərindən heç biri seçkidə qalib gəlməyib.

Siyasi Hərəkat hesab edir ki, parlament seçkisində qanunsuzluqlara yol vermiş seçki komissiyalarının fəaliyyətinə hüquqi qiymət verilməməsi cəzasızlıq mühiti yaradıb. Buna görə də qurum təkrar seçkidə iştirakın əhəmiyyətsiz olduğu qənaətindədir.

Xəbər lenti

Xəbər lenti