...

"Sosial İnternasional" təşkilatının baş katibi Azərbaycana apreldə gələcək

Siyasət Materials 16 Fevral 2006 14:19 (UTC +04:00)

59 ölkəni özündə birləşdirən "Sosialist İnternasional" (Sosintern) beynəlxalq təşkilatının baş katibi Luis Ayala apreldə Azərbaycana səfər edəcək. Bu barədə Trend ə adıçəkilən təşkilatın üzvü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə bildirib ki, baş katibin Azərbaycana səfərində əsas məqsəd dövlət başçısı İlham Əliyevlə görüşmək və partiyanın digər həmsədri Moskvada yaşayan Ayaz Mütəllibovun Azərbaycana qayıtmasına dövlət tərəfindən şəraitin yaradılması məsələsini müzakirə etmək olacaq.

ASDP həmsədri onu da qeyd edib ki, L.Ayala eyni zamanda mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıq işləri ilə tanış olmaq niyyətindədir: "Baş katib 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanın müvafiq orqanlarına müraciət etmişdir. Lakin müraicəti cavabsız qaldı. "Sosintern" tərəfindən təkrar seçkiləri müşahidə etmək istəyi hələ qüvvədədir".

O da qeyd olunub ki, L.Ayala böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti