...

Qars, İqdır və Ərzurumda Xocalı faciəsinin ildönümü qeyd olunacaq

Siyasət Materials 16 Fevral 2006 16:06 (UTC +04:00)

Fevralın 26 və 27-də Türkiyənin Qars, İqdır və Ərzurum şəhərlərində Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı tədbirlər keçiriləcək. Bu barədə "Trendə" Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib.

O deyib ki, tədbirlər çərçivəsində İqdırda erməni vəhşiliklərini əks etdirən foto sərgi nümayiş etdliriləcək və Ərzurumun "Doğu TV" kanalında film yayımlanacaq. Bundan başqa, adıçəkilən şəhərlərdə konfransların keçirilməsi də planlaşdırılıb. Həmin tədbirlərdə yerli hakimiyyət orqanlarının, ictimaiyyətin və siyasi partiyaların nümayəndələri, eləcə də elm xadimləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti