...

Azərbaycan baş nazirinin birinci müavini martın əvvəlində Ukraynaya səfər edəcək

Siyasət Materials 16 Fevral 2006 17:00 (UTC +04:00)

Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov 2006-cı ilin martın əvvəlində Ukraynaya səfər edəcək. Trend bildirir ki, fevralın 16-da Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev jurnalistlərlə söhbətində bu barədə bəyan edib.

Səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 7-ci iclasına hazırlıqla bağlı məsələlərin müzakirəsi planlaşdırılır. "A. Abbasov Bakıda keçiriləcək iclasın gündəliyinə daxil ediləcək sənədlərin razılaşdırılmasını planlaşdırır"-deyə T. Əliyev bildirib.

O, həm də bildirib ki, Ukrayna XİN başçısının müavini Andrey Veselovski fevralın sonunda Bakıya gələcək. Səfir qeyd edib ki, əsas müzakirə mövzusu iki ölkənin xarici siyasət idarələri arasındakı əməkdaşlığın inkişafı etdirilməsi olacaq.

Eyni zamanda T. Əliyev qeyd edib ki, 2006-cı ilin yayın əvvəlində GUAM-da sədrlik Ukraynaya keçəcək və məhz bu vaxt təşkilatın dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. "Sammitin dəqiq keçirilmə vaxtı və yeri hələlik razılaşdırılmayıb. Tədbir Kiyevdə yaxud Soçidə keçirilə bilər. Düşünürəm ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev də qarşıdakı sammitdə iştirak edəcək" -deyə Azərbaycan diplomatı qeyd edib.

Xəbər lenti

Xəbər lenti