...

MSK-ya borclu qalan namizədlərə təkrar seçkidə vəsait ayrılmayacaq

Siyasət Materials 16 Fevral 2006 18:24 (UTC +04:00)

Ötən il 6 noyabr parlament seçkisində iştirak etmiş namizədlərdən dövlət vəsaitini qaytarmayanlara təkrar parlament seçkilərində təbliğat kampaniyası üçün vəsait ayrılmayacaq. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib.

Qeyd edək ki, son parlament seçkisində hər bir namizədə təbliğat kampaniyası üçün dövlət büdcəsindən bir milyon manat (köhnə pulla) verilmişdi. Seçki Məcəlləsinə görə seçicilərin ümumi səsinin 3 faizindən azını toplayan namizədlər seçkidən sonra bu pulu geri qaytarmalıdır. İradə Hacıyeva deyib ki, 6 noyabr seçkisindən sonra həmin vəsaiti geri qaytarmayan və bu il 13 mayda keçiriləcək təkrar seçkidə yenidən iştirak edən namizədlərə bu dəfə vəsait ödənilməyəcək. Şöbə müdiri həmçinin qeyd edib ki, dövlət vəsaitini geri qaytarmamış namizədlərin təkrar seçkidə iştirakının qadağan edilməsi, onların namizədliklərinin ləğv ediləcəyi barədə məlumatlar isə həqiqətə uyğun deyil. Onun sözlərinə görə, MSK-ya borclu qalan namizədlərlə bağlı Seçki Məcəlləsində belə bir tələb yoxdur.

Xəbər lenti

Xəbər lenti