...

Oqtay Əsədov: Azərbaycan işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan və erməni icmalarının birgə və təhlükəsiz yaşaması üçün zəmanət verməyə hazırdır

Siyasət Materials 16 Fevral 2006 19:32 (UTC +04:00)

Azərbaycan işğal olunmuş əraziləri azad edildikdən sonra Azərbaycan və erməni icmalarının dinc birgə yaşaması üçün zəmanət verməyə hazırdır. Trend ANS telekanalına istinadən bildirir ki, fevralın 16-da Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero Ialdnerlə görüşündə bu barədə bəyan edib.

Azərbaycanın Milli Məclisinin spikeri bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və normaları əsasında nizama salınması tərəfdarıdır. Oqtay Əsədov həm də bəyan edib ki, Azərbaycan Avropa Birliyinin təcrübəsi ilə problemin həllini nəzərdə tutur.

V.F.Valdner AB-nin Avropa strukturlarına inteqrasiyada Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti