...

Azərbaycan prezidenti "quş qripi"nin qarşısının alınması ilə bağlı Dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 16 Fevral 2006 21:14 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da "quş qripi" xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dövlət Komıssıyasının yaradılması haqqında sərəncam imzalayıb.

Dövlət komissiyasının tərkibinə baş nazirin müavini Abbas Abbasov ( Dövlət komissiyasının sədri), kənd təsərrüfatı naziri İsmət Abbasov, iqtisadi inkişaf naziri Heydər Babayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, maliyyə naziri Əvəz Ələkbərov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, daxili işlər naziri Ramil Usubov, Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev, Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev, Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, səhiyyə nazirinin müavini, ölkənin baş dövlət sanitar həkimi Abbas Vəlibəyov, Kənd təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin rəisi İsmayıl Həsənov daxildir.

Dövlət komissiyasına 2 gün müddətində quş qripi xəstəliyinin profilaktikasına dair fövqəladə tədbirlər planının hazırlanıb təsdıq edilməsi, quş qripi xəstəliyi haqqında KİV-ə gündəlik məlumatın verilməsinin təmın edilməsi, dövlət büdcəsinin və beynəlxalq maliyyə qurumlarının vəsaitlərı hesabına quş qripi xəstəliyinin profilaktikasının maliyyələşdirilməsi haqqında Nazirlər Kabinetinə təklıflər təqdım etməsi tapşırılıb. Komissiyaya həmçinin görülən işlər barədə dövlət başçısına mütəmadi məlumat verməsi tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti