...

Əli Orucov: "Əli Əliyevin imzasının və vurduğu möhürünün hüquqi çəkisi yoxdur"

Siyasət Materials 17 Fevral 2006 14:30 (UTC +04:00)

Əli Əliyevin Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri kimi atdığı imzası və vurduğu möhürünün hüquqi çəkisi yoxdur. Bu barədə Trend ə Etibar Məmmədovun lideri olduğu AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Qeyd edək ki, Ə.Əliyev AMİP sədri kimi fevralın 17-də "Azadlıq" siyasi blokunun yaranması ilə bağlı sənədə imza ataraq möhür vurub.

Ə.Orucov qeyd edib ki, AMİP-in yanvarın 22-də keçirdiyi qurultayının qərarı ilə Ə.Əliyevin partiya sədrinin adından danışmaq səlahiyyəti yoxdur. Bu şəxs heç yerdə partiyanı təmsil edə bilməz. Yeni yaradılan "Azadlıq" siyasi blokunda təmsilçiliyinin isə heç bir hüquqi əsası yoxdur: "Ədliyyə Nazirliyi hüquqi əsası olan AMİP-i yenidən qeydiyyata aldıqdan sonra Əli Əliyevin əlindən qanuni yolla partiyaya məxsus möhürün bir nüsxəsi alınacaq".

AMİP səlahiyyətlisi onu da bildirib ki, Ə.Əliyevi yanına çəkənlər yaxın vaxtlarda səhv etdiklərini anlayacaqlar. Ə.Orucov "Azadlıq" siyasi blokunda təmsil olunan partiya rəhbərlərinə mesaj ünvanlayaraq onlara siyasi etik normalara riayət etməyi məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti