...

İlham Əliyev: Yaxın vaxtlarda Bakının ətraf qəsəbələrinin inkişafı üzrə sərəncam imzalanacaq və fəaliyyət Planı işlənib hazırlanacaq

Siyasət Materials 17 Fevral 2006 15:28 (UTC +04:00)

Yaxın vaxtlarda Bakının ətraf qəsəbə və kəndlərinin inkişafı üzrə sərəncam imzalanacaq və fəaliyyət Planı işlənib hazırlanacaq. Trend bildirir ki, fevralın 17-də Azərbaycan prezidenti İlham Əliyev "Respublika regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın gerçəkləşdirilməsinin ikinci ilinə həsr olunmuş konfransda bu barədə bəyan edib.

Dövlət başçısı xatırladıb ki, bu yaxınlarda paytaxtın ətraf qəsəbələrinin inkişafı məsələlərinə dair müşavirə keçirilib. "Bir amili nəzərə almaq lazımdır ki, Bakının ətraf qəsəbələrinin əhalisi 700 min nəfər təşkil edir"-deyə İ.Əliyev qeyd edib və bildirib ki, belə tədbirlərin həyata keçirilməsi üçün böyük həcmdə maddi vəsait lazımdır və Azərbaycanın iqtisadi inkişafı bunu etməyə imkan verir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın 2006-cı il dövlət büdcəsi 4 mlrd. dollar səviyyəsinə çatacaq ki, bu da ölkə üçün əlavə imkanlar yaradacaq. "Və bu da son hədd deyil. Azərbaycanın büdcəsi daha da artırılacaq"-deyə prezident bildirib və qeyd edib ki, maliyyə nazirliyinin qarşısına 2007-ci ilin büdcəsinin əsas parametrlərinin işlənib hazırlanması vəzifəsini qoyub. Dövlət başçısının sözlərinə görə, büdcənin artırılması Azərbaycanın qeyri-neft sektorundan gələn daxilolmalar nəticəsində baş verməlidir. "2008-ci ilədək Azərbaycanın büdcəsi artırılacaq"- deyə İlham Əliyev qeyd edib.

Azərbaycan prezidenti həmçinin respublikanın müasir güclü sənaye potensialının yaradılması zərurətini qeyd edib. "Sovet İttifaqı dövründə Azərbaycanda sənaye müəssisələri fəaliyyət göstərirdi, amma bunlardan bir çoxu artıq köhnəlib. Bütün bunlara nail olunacaq və mən buna şübhə etmirəm"- deyə Azərbaycan prezidenti sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti