...

Millət vəkillərindən heç biri xidməti silah almayıb

Siyasət Materials 17 Fevral 2006 16:19 (UTC +04:00)

Xidməti silah almaqdan ötrü Daxili İşlər Nazirliyinə (DİN) heç bir millət vəkili müraciət etməyib. Bu barədə Trend ə DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, görünür, onların buna ehtiyacı yoxdur. Onu da bildirək ki, "Deputatların statusu haqqında" qanuna əsasən, hər bir millət vəkili təhlükəsizliyini qorumaqdan ötrü silah gəzdirmək səlahiyyətinə malikdir. Bunun üçün qanun çərçivəsində DİN-ə müraciət olunmalıdır.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, bu məsələ barədə düşünür: "Təhlükəsizliyimi təmin etmək üçün bu vacibdir. Silah almaqla bağlı lazımi instansiyalara müraciət edəcəm". Digər millət vəkili Əli Məsimov isə bu barədə fikirləşmədiyini bildirib. Qeyd edib ki, silah gəzdirməsi ilə bağlı məsələni müzakirə etmək istəmir. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də hələlik bu məsələ ilə bağlı müraciət etmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti