...

Millət vəkili İqbal Ağazadə parlamentin yaz sessiyasında üç məsələnin müzakirəsini təklif edəcək

Siyasət Materials 17 Fevral 2006 17:07 (UTC +04:00)

"Parlamentin yaz sessiyasında üç məsələnin müzakirəsinin gündəliyə salınması ilə bağlı çıxış edəcəm. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə qeyd edib ki, öncə Xocalı faciəsinin soyqırım kimi tanınması barədə məsələ qaldıracaq: "Parlament hələ bu məsələyə hüquqi-siyasi qiymətini verməyib. İstəyim odur ki, əsrin faciəsi sayılan Xocalı soyqırımının dünyada tanınması istiqamətində iş aparılsın".

Millət vəkili "Hərbi xidmətə çağırış haqqında" qanunda dəyişikliklərlə bağlı məsələnin də müzakirəsinə çalışacağını qeyd edib. Bildirib ki, qanunda çağırışla bağlı yaş həddinin 35-dən 27-yə endirilməsi, çağırışın isə ildə 2 dəfə aparılması məsələlərini gündəmə gətirəcək.

Üçüncü məsələnin isə "Siyasi partiyalar haqqında" qanunla bağlı olduğunu deyən İ.Ağazadə bildirib: "1992-ci ildən qəbul olunan bu qanunda çoxlu boşluqlar var. Partiyaların qeydiyyat məsələsinin sadələşdirilməsi, partiya üzvlərinin hüquqlarının qorunması və partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi zəruridir".

Xəbər lenti

Xəbər lenti