...

Artur Rəsizadə: İlham Əliyev və Vladimir Putin Bakıda Siyasi bəyannamə imzalayacaq

Siyasət Materials 17 Fevral 2006 17:07 (UTC +04:00)
Artur Rəsizadə: İlham Əliyev və Vladimir Putin Bakıda Siyasi bəyannamə imzalayacaq

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Bakıda Siyasi bəyannamə imzalamaq niyyətindədir. Trend bildirir ki, Azərbaycanın baş naziri Artur Rəsizadə Rusiya prezidentinin fevralın 21-22-də Bakıya planlaşdırılan səfərini şərh edərkən jurnalistlərə bu barədə bəyan edib.

Hökumət başçısının sözlərinə görə, Rusiya prezidentinin səfəri zamanı imzalanacaq sənədlərin layihələrinin hazırlığı üzərində iş davam etdirilir.

Ümumiyyətlə, 4-5 dövlətlərarası, o cümlədən iqtisadi sahəyə aid sənədin imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti