...

Təkrar seçkilərdə barmaqların mürəkkəblənməsi prosedurundan istifadə olunacaq

Siyasət Materials 17 Fevral 2006 17:08 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar seçkilərində ötən ilki paralment seçkilərində tətbiq olunmuş prosedur qaydaları təkrarlanacaq. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O, bildirib ki, 10 dairə üzrə təkrar seçkilər ölkə prezidentinin seçkilərə dair verdiyi sərəncamlar əsasında həyata keçiriləcək. İ.Babayevin sözlərinə görə, bu sərəncamlar əsasında seçkilərdə tətbiq olunan proseduralarda dəyişikliklər edilməsi, həmçinin seçicilərin barmaqlarına şəffaf mürəkkəbin vurulmasının təxirə salınması barədə də göstəriş, yaxud qərar yoxdur. Ona görə həmin üsul bu dəfə də təkrarlanacaq.

MSK katibi Natiq Məmmədov isə seçicilərin barmaqlarının mürəkkəblənməsi məsələsinin müzakirə olunmadığın deyib. O, bildirib ki, bu üsul barədə prezidentin 25 oktyabr 2005-ci il tarixli sərəncamı 6 noyabr seçkilərinə şamil edilirdi. Ona görə də həmin qaydanın təkrar seçkidə də tətbiq olunub-olunmamasına dair MSK hələlik qərar çıxarmayıb.

Xəbər lenti

Xəbər lenti