...

Artur Lenk: İsrailin 5 ən iri şirkətinin nümaynədələri Azərbaycana gələcək

Siyasət Materials 17 Fevral 2006 17:58 (UTC +04:00)
Artur Lenk: İsrailin 5 ən iri şirkətinin nümaynədələri Azərbaycana gələcək

Fevralın 20-21-də Bakıda və Qubada Birinci Azərbaycan-İsrail işgüzar forumu keçiriləcək. Trend in verdiyi məlumata görə, bu barədə fevralın 17-də Bakıda mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Artur Lenk bəyan edib.

Səfir bildirib ki, birinci günü Bakıda keçiriləcək tədbirdə Azərbaycanın 40 müəssitsə və firmasının nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılıb.Forumun 2-ci günündə isə 20 yerli şirkət iştirak edəcək. İsrail tərəfdən tədbirdə 5 ən iri şirkətin 10 nümayəndəsi iştirak edəcək.

İsrail diplomatının sözlərinə görə, forumda müzakirələrin əsas mövzusu kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı olacaq. Eləcə də, su menecmenti, damcı yolu ilə suvarma, saxlanma və istehsal, ictimai yerlərin yaşıllaşdırılması, eləcə də istilik təchizatı kimi sahələrin inkişafı ilə bağlı müzakirələrin keçiriləcyi də ehtimal edilir.

Forumun keçirilməsinə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və "AzPromo" şirkəti yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti