...

Təkrar seçkidə iştirak edənlərdən 4 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 17 Fevral 2006 21:23 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak edənlərdən 4 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Namizədliyi rəsmiləşən şəxslərdən üçü bitərəfdir, onlar 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy və 106 saylı Qazax-Tovuz-Ağstafa seçki dairəsindən qeydə alınıblar. 106 saylı Qazax-Tovuz-Ağstafa seçki dairəsindən namizədliyi qeydə alınmış digər şəxs isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ümumilikdə fevralın 17-dək 129 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 121 nəfəri imza vərəqələrini götürüb, 17-si isə imza vərəqələrini təhvil veriblər. Namizədlər arasında bitərəflər çoxluq təşkil edir, ikinci yerdə Yeni Azərbaycan Partiyası gəlir. Digər siyasi partiyalardan isə hələlik bir nəfər iştirak edir.

Xəbər lenti

Xəbər lenti