...

Vyanada Azərbaycanla Avstriya arasında əməkdaşlığın inkişafı üzrə danışıqlar keçirilib

Siyasət Materials 18 Fevral 2006 11:54 (UTC +04:00)

Vyanada Azərbaycanla Avstriya arasında əməkdaşlığın inkişafı üzrə danışıqlar keçirilib. Azərbaycanın XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, məsləhətləşmələr Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriya paytaxtına səfəri çərçivəsində aparılıb.

Vyanaya səfəri zamanı A.Əzimov Avstriya XİN-nin siyasət departamentinin rəisi T.Mayr-Hartinqlə, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə idarənin rəisi H.Poriasla, Avstiriyanın Azərbaycandakı səfiri H.Gyurerlə görüşlər keçirib.

Görüşlər zamanı mövcud ikitərəfli əlaqələrin siyasi aspektləri və onların inkişafı yolları, Azərbaycanın Aİ-nın Yeni Qonşuluq Siyasətində iştirakı məsələləri, Azərbaycanın siyasi kursunun prioritetləri müzakirə edilib. Azərbaycanın xarici işlər nazirinin müavini Avstriyanın rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandırıb.

A.Əzimov həmçinin, Vyanada ATƏT-in baş katibi P.Brişambo, Belçikanın ATƏT-dəki daimi nümayəndəsi B.Krombryugge, eləcə də Türkiyə, Rumınyia və Fransanın bu təşkilatdakı daimi nümayəndələri ilə danışıqlar aparıb.

Xatırladaq ki, A.Əzimov Avstriyaya ATƏT-in hərbi doktrinalar üzrə seminarında iştirak etmək üçün səfər edib.

Xəbər lenti

Xəbər lenti