...

Əli Abbasov: Azerphone avqustdan mobil xidmətləri təklif etməyə başlayacaq

Siyasət Materials 18 Fevral 2006 14:11 (UTC +04:00)
Əli Abbasov: Azerphone avqustdan mobil xidmətləri təklif etməyə başlayacaq

2006-cı ilin avqustundan başlayaraq Azərbaycanda yeni mobil rabitəsi operatoru olan Azerphone xidmət göstərməyə başlayacaq. Trend bildirir ki, fevralın 18-də Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu barədə jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, hazırda operator rabitə şəbəkəsinin qurulması üzrə fəal iş aparır. Telefon nömrələrinin ilkin mərhələdə tutumu 50-100 min abunəçi üçün hesablanıb.

Nazir tariflərə toxunaraq deyib ki, hazırda bu məsələ ilə bağlı müəyyən məlumat yoxdur, amma Azerphone hazırkı Azercell MM və Bakcell MM ilə müqayisədə bazara öz xidmətləri üçün daha aşağı qiymətlərlə daxil olacaq.

O, qeyd edib ki, indi mobil rabitəsi operatorlarına təqdim olunan tələblərə aid sənədlər paketi hazırlanır və bunlardan başlıcası göstərilən rabitə xidmətinin keyfiyyəti olacaq. "Nazirliklə yanaşı operatorlar da keyfiyyətli xidmətin göstərilməsində maraqlıdır" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti