...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 20 Fevral 2006 13:09 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə, fevralın 13-17-də Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) növündən olan neftin bir bareli $52,85 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (fevralın 6-10-da) orta qiymətdən bir barel üçün $1,89 azdır.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti $53,22 təşkil edib ki, bu da fevralın fevralın 6-10-na bu neft növünə olan, fervlın 6-da müəyyən edilən ən son hədd qiymətdən $3,27 azdır. Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $52,19 (16 fevral) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün fevralın 10-da təyin edilmiş qiymətdən $1,23 azdır.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $57,74 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $3,40 azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $58,99 (13 fevral) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sort üçün müəyyən edilən son hədd qiymətdən $3,40 azdır. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $55,85 (16 fevral) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün fevralın 10-da müəyyən edilmiş qiymətdən $3,96 azdır.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $4,89 ucuz satılıb ki, bu da fevralın 6-10-dakı orta göstəricidən $1,51 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti