...

Azərbaycanda təqribən 5 mln ha torpaq əkin üçün yararlıdır

Siyasət Materials 20 Fevral 2006 13:25 (UTC +04:00)
Azərbaycanda təqribən 5 mln ha torpaq əkin üçün yararlıdır

Azərbaycanda 4,78 mln ha torpaq əkin üçün yararlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 20-də kənd təsərrüfatı naziri İsmət Abbasov Azərbaycan-İsrail biznes forumunda məlumat verib.

Onun sözlərinə görə, bu torpaqların 1,3 mln hektarı ərzaq məhsullarının istehsalı üçün ayrılıb. "ÜDM strukturunda aqrar sahənin payı 14% təşkil edir və bu sahədə ölkə əhalisinin 40%-dən çoxu çalışır" - deyə nazir qeyd edib.

İ.Abbasov tərəvəzçilik, meyvəçilik, şirələrin istehsalı sahəsində emal müəssisələrinin yaradılmasının zəruriliyini qeyd edib. "Aqrar sektor marketinqində çatışmazlıqlar, əkin sahələrinin irriqasiyasında, heyvandarlıq təsərrüfatları üçün yem istehsalı müəssisələrinin yaradılmasında texniki imkanlar var" - deyə o vurğulayıb. Nazir kənd təsərrüfatının inkişafında bəzi mövcud çatışmazlıqları, xüsusilə gübrə, kənd təsərrüfatı və irriqasiya texnikalarının kifayət qədər olmadığını qeyd edib.

"Azərbaycanda emal müəssisələrinin istehsal gücü çox yüksəkdir, lakin hazırda bu potensialın 2-2,5 dəfə az hissəsindən istifadə olunur" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti