...

Ramiz Rzayev: "Ötən il qanun pozuntusuna yol vermiş 24 hakimdən 16-sı cəzalandırılıb"

Siyasət Materials 20 Fevral 2006 14:57 (UTC +04:00)

2005-ci ildə hakimlik fəaliyyətində qanun pozuntularına yol vermiş 24 hakimdən 16-sı müvafiq qaydada cəzalandırılıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

R.Rzayev bildirib ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hakimi Vilayət Nadirov hakimlik fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə Məhkəmə Hüquq Şurası onun fəaliyyətinə xitam verilməsi ilə bağlı Prezident İlham Əliyev qarşısında məsələ qaldırıb. Nəticədə dövlət başçısı həmin hakimin hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə sərəncam imzalayıb.

"Nərimanov rayon Məhkəməsinin hakimi Liliya Marvina da vətəndaşların şikayətlərinə baxmadığına və digər qanun pozuntularına yol verdiyi üçün artıq bir dəfə töhmət alıb. Buna baxmayaraq o, töhmətdən nəticə çıxarmayaraq qanunsuz əməllərini davam etdirib və hazırda yenə də həmin hakimin məsələsinə baxılır. Hazırda isə, Liliya Mavrina Nərimanov rayon Məhkəməsindən çıxarılaraq fəaliyyətini müvəqqəti davam etdirmək üçün həcmcə kiçik olan başqa bir rayona göndərilib" - deyə R.Rzayev söyləyib.

Məhkəmə sədri təəssüflə qeyd edib ki, hakimlərin iş prinsipi hər hansı qanunsuzluğu aradan qaldırmaq olsa da Azərbaycanın məhkəmə sahəsindəki real vəziyyət bunun əksini göstərir. Onlar özləri qanunsuzluqlara yol verdikləri üçün cəzalandırılırlar.

Xəbər lenti

Xəbər lenti