...

"Azadlıq" qazetinin baş redaktoru həbs olunmadı (video)

Cəmiyyət Materials 8 Oktyabr 2007 16:58 (UTC +04:00)
"Azadlıq" qazetinin baş redaktoru həbs olunmadı (video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bakının Yasamal rayon məhkəməsi

"Azadlıq" qəZetinin baş redaktoru Qənimət Zahidin həbsi barəsində qərar çıxarmadı.

İqtisadi İnkişaf naziri Heydər Babayevin "Azadlığ"ın baş redaktoru Qənimət Zahidə qarşı iddiası qismən təmin olundu. Məhkəmənin qətnaməsinə görə, "Azadlıq" qəzəti bu il avqustun 29-da dərc etdiyi "Metyu Brayzanın toy xərclərini azərbaycanlılar çəkib" məqaləsindəki "Metyü Brayza ilə Zeyno Baranın toy xərcini Heydər Babayev ödəyib"- məlumatı həqiqətə uyğun hesab edilməməklə, həmin məlumatın yanlış olması barədə təkzib verəcək. Baş redaktor "Trendə" bildirib ki, o, məhkəmənin onun barəsində həbs qərarı çıxaracığını gözləyirdi, bununla belə, baş redaktor məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verəcəyini deyib. O,qeyd edib ki, məhkəmə qətnaməsində təkzibin hansı formada verilməsi aydın göstərilməyib.

İqtisadi İnkişaf naziri baş redaktoru, onun şərəf və ləyaqətini alçaltmaqda, ona qarşı yalan və böhtan məlumat yaymaqda ittiham edir.

Nazir Babayev baş redaktoru və məqələ müəllifi Adil Xəlili təhqir və böhtan cinayətlərində suçlayaraq, onların cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Həmçinin, Babayev "Azadlıq" qəzetinin 29 avqust tarixli sayında dərc olunmuş "Metyu Brayzanın toy xərclərini azərbaycanlılar çəkib" başlıqlı yazıda yer alan məlumatların yalan hesab edilməsini və qəzetin təkzib verməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti