...

Azərbaycanın Dövlət Komissiyası 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrindən razı qalmayıb

Cəmiyyət Materials 24 İyul 2009 13:53 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 18 iyulda keçirilmiş 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrindən razı qalmayıb.
Azərbaycanın Dövlət Komissiyası 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrindən razı qalmayıb

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C. Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 18 iyulda keçirilmiş 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrindən razı qalmayıb.

"4-cü qrupun abituriyentlərinin orta balı 198-dir. Biz gözləyirdik ki, bütün ixtisas qrupları üzrə orta bal 250-300 olacaq", - cümə günü jurnalistlərə TQDK-nın sədri Məleykə Abbaszadə deyib.

4-cü ixtisas qrupu üzrə müsabiqəyə 15 mindən çox abituriyentdən 3 mindən yuxarı abituriyent buraxılıb. Bu qrup üzrə 3455 plan yeri təqdim olunub.

Abbaszadənin sözlərinə görə, 4-cü qrup üzrə keçid balı 50 bal azaldılmayacaq. "Bu qrup üzrə plan yerlərinin sayı az olduğundan onlar tutulacaq", - o deyib.

TQDK 1-ci və 3-cü ixtisas qrupu üzrə də imtahan nəticələrindən razı qalmayıb. Abituriyentlərin bilik səviyyəsi aşağı olduğuna görə, bu qrupların keçid balı 50 bal azaldılıb.

Bu gün Azərbaycanda 2-ci ixtisas qrupu üzrə, son qəbul imtahanı keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti