9-cu və 11-ci sinif şagirdləri arasında keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir – Azərbaycan Təhsil Nazirliyi

Foto: 9-cu və 11-ci sinif şagirdləri arasında keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir – Azərbaycan Təhsil Nazirliyi / Cəmiyyət

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir M.Əliyev/

Orta məktəblərin 9-cu və 11-ci sinif şagirdləri arasında keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir. Bu barədə çərşənbə axşamı Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

Bakı və Sumqayıtın ümumtəhsil məktəbləri arasında ötən bazar günü sınaq imtahanları keçirilib.

"Əsasən də 9-cu sinif şagirdlərinin göstəriciləri bizi sevindirir", - Mərdanov bildirib.

Onun sözlərinə əsasən, 11-ci sinif şagirdləri ötən illə müqayisədə 7-8 faiz müsbət nəticə göstəriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 
Ən çox oxunanlar
Xəbər lenti